SuallarTez-tez verilən
Tez-tez verilən
suallar
Cavabınızı tapa bilmirsinizsə, bizimlə əlaqə saxlayın — 24 saat ərzində cavab veririk.
Prosesimiz pulsuz ilkin konsultasiya ilə başlayır. 30 dəqiqəlik görüşdə biznes məqsədlərinizi, texniki tələbləri və büdcəni dəqiqləşdirir, daha sonra ətraflı təklif və yol xəritəsi təqdim edirik. Əlaqə formasını doldurun və ya birbaşa zəng edin.
Qiymət layihənin miqyasına, funksionallığına və müddətinə görə dəyişir. Sadə korporativ vebsayt 2000 AZN-dən, e-commerce platformalar 5000 AZN-dən, xüsusi CRM sistemləri isə 8000 AZN-dən başlayır. Dəqiq qiymət üçün pulsuz konsultasiya alın.
Sadə landing səhifə 1–2 həftə, korporativ vebsayt 3–4 həftə, e-commerce və CRM sistemləri 6–12 həftə aralığında tamamlanır. Agile metodologiyası ilə işləyir, hər 2 həftədə aralıq təqdimat veririk və prosesi şəffaf idarə edirik.
Bəli, xüsusi tələblərinizə uyğun sıfırdan CRM, ERP, HRM və digər biznes sistemləri qururuq. Həmçinin mövcud sistemlərlə inteqrasiya, 1C, API bağlantıları və məlumat miqrasiyası xidmətləri təklif edirik.
Bəli, SEO xidmətləri ayrıca paket kimi təqdim olunur. Texniki SEO auditi, kontent strategiyası, link building və yerli SEO daxildir. Orta hesabla 3–6 ay ərzində axtarış nəticələrində əhəmiyyətli yüksəliş təmin edirik.
Hər layihə ilə birlikdə müəyyən müddət pulsuz dəstək təqdim edirik. Daha sonra SLA əsaslı dəstək paketləri mövcuddur: aylıq baxım, 24/7 monitorinq, təhlükəsizlik yeniləmələri və performans optimizasiyası.
Frontend üçün React, Next.js, Vue.js; backend üçün Node.js, Python, PHP; verilənlər bazası üçün PostgreSQL, MongoDB; bulud infrastrukturu üçün AWS və Google Cloud istifadə edirik. Texnologiya seçimi layihənin tələblərinə uyğun müəyyən edilir.
Bəli, startaplar üçün MVP inkişaf proqramımız mövcuddur. Məhdud büdcə ilə bazara çıxışı sürətləndirir, ödənişi mərhələli şəkildə planlaşdırırıq. Zəruri hallarda texniki tərəfdaş kimi dəstək veririk.